“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların reyslərinə qəbul edilməsi həyata keçirilir və hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
1. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər, o cümlədən onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd əsasında;
2. Diplomatik pasport sahibləri - müvafiq təsdiqedici sənədlər əsasında;
3. Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri - müvafiq təsdiqedici sənədlər əsasında;
4. Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədi pasportuna (“UN laissez-passer”) malik olan şəxslər - müvafiq təsdiqedici sənədlər əsasında;
5. Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər - müvafiq təsdiqedici sənədlər əsasında; 6. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı, əri, himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları) - müvafiq təsdiqedici sənədlər əsasında;
7. Ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər - müvafiq təsdiqedici sənədlər əsasında;